QAYNAR XƏTT 1654

23 may 2025-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və AccessBank-ın birgə təşəbbüsü ilə kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir təşkil olunub

30 May 2025

23 may 2025-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və AccessBank-ın birgə təşəbbüsü ilə kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbir AccessBank-ın əməkdaşları və müştərilərinin valideynləri, eləcə də “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri üçün keçirilib.

Maarifləndirici sessiyada ümumilikdə 25 nəfər iştirak edib. Tədbir zamanı ETX-nin nümayəndələri tərəfindən “Kibertəhlükəsizliyin təməlləri” və “Bank kartlarının qorunması” mövzularında çıxışlar edilib.

Tədbirin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”na uyğun olaraq vətəndaşlar arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, kibergigiyena vərdişlərinin aşılanmasıdır.