QAYNAR XƏTT 1654

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 6 fevral tarixində “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik” mövzusunda dəyirmi masa formatında görüş keçirilib

10 Feb 2025

Görüşdə müxtəlif dövlət qurumları ilə yanaşı, Elektron Təhlükəsizlik Xidməti (ETX) də iştirak edib. Tədbir zamanı ETX-nin nümayəndəsi Elman Muradov telekommunikasiya sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, mövcud kibertəhdidlərə qarşı mübarizə və bu istiqamətdə görüləcək tədbirlər barədə məlumat verərək atılacaq addımların əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd kritik informasiya infrastrukturu sahələrindən biri olan telekommunikasiya sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, mövcud imkanlar və qarşıya çıxan çətinliklərin müzakirəsi, eləcə də kibertəhdidlər və onlarla mübarizə üsullarının təhlili olmuşdur.