QAYNAR XƏTT 1654

ETX əməkdaşı beynəlxalq konfransda iştirak edib

24 Dec 2025

ETX nümayəndəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda iştirak edib.

Konfrans çərçivəsində “Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusunda paneldə Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və tədqiqat sektorunun müdiri Esmira Qasımova rəqəmsal mühitdə uşaqların üzləşdiyi əsas kibertəhlükələr, bu risklərin qarşısının alınması yolları və maarifləndirici yanaşmalar barədə çıxış edib.

Tədbir çərçivəsində rəqəmsal mühitdə, o cümlədən süni intellekt sahəsində uşaqların hüquqlarının qorunması ilə bağlı mövcud problemlər və çağırışlar müzakirə olunub, uşaqların zərərli məlumatlardan qorunması istiqamətində təcrübə mübadiləsi aparılıb və qlobal əməkdaşlıq imkanları dəyərləndirilib.