Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı ilə (ETX) Beynəlxalq “İKT-də Qızlar Günü” münasibətilə tələbələr üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), həmçinin Azərbaycan – Fransız Universitetində (UFAZ) təhsil alan 33 gənc qız iştirak edib. ETX-nin əməkdaşı informasiya təhlükəsizliyi sahəsindəki peşəkar fəaliyyəti, şəxsi təcrübəsi və real kiberinsidentlərin həlli yolları barədə tələbələrə məlumat verib, onların suallarını cavablandırıb.
Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə vermək, eyni zamanda tələbə qızların bu sahədə gələcək karyera seçimlərinə dəstək göstərmək olub.
Video üçün keçidə daxil ola bilərsiniz