QAYNAR XƏTT 1654

Finlandiyanın Milli Kibertəhlükəsizlik Mərkəzi ilə ilk onlayn vörkşop təşkil olunub

12 Jun 2025

12 iyun tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti (Xidmət) ilə Finlandiyanın Nəqliyyat və Kommunikasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC-FI) arasında “Kibertəhlükəsizlik sahəsində maarifləndirmə tədbirləri” mövzusunda ilk onlayn vörkşop təşkil olunmuşdur.

Vörkşopun əsas məqsədi kibertəhlükəsizlik sahəsində maarifləndirmə üzrə qabaqcıl təcrübələrin paylaşılması, effektiv kommunikasiyanın qurulması və iki qurum arasında əməkdaşlığın gücləndirilməsi olmuşdur.

Tədbir çərçivəsində hər iki qurum öz fəaliyyət istiqamətləri, ictimaiyyətin kibertəhlükələr barədə məlumatlandırılması üzrə həyata keçirdikləri təşəbbüslər və rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması sahəsində gördükləri işlər barədə ətraflı təqdimatlarla çıxış etmişlər.

Tərəflər kibertəhlükəsizlik sahəsində maarifləndirmənin uzunmüddətli dayanıqlı təhlükəsizlik üçün əsas amil olduğunu vurğulayaraq bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmişlər.

 

Digər xəbərlər

BÜTÜN XƏBƏRLƏR