2 may tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiya baş tutub.
Panel müzakirəsində Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev iştirak edib. O, çıxışında texnoloji təkamülün media mühitinə göstərdiyi kompleks təsirlər, etibarlı informasiyanın qorunması, sosial medianın informasiya mənbəyi kimi rolu, kiberhücum riskləri və rəqəmsal alətlər vasitəsilə effektiv kommunikasiya imkanları barədə geniş fikir mübadiləsi aparıb.
"İctimai proseslər media müstəvisində" 2-ci forum keçirilib
05 May 2025