QAYNAR XƏTT 1654

Çexiyanın Milli CERT-i ilə ilk onlayn vörkşop təşkil olunub

27 Aug 2025

27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (Xidmət) ilə Çexiyanın Milli CERT-i (CSIRT.CZ) arasında “Kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsi” mövzusunda ilk vörkşop sessiyası keçirilmişdir.

Tədbirin əsas məqsədi qurumların kibertəhlükəsizlik sahəsində gördükləri işlərin, kiberhücumlara qarşı həyata keçirilən tədbirlərin müzakirəsi və qabaqcıl təcrübələrin paylaşılması olmuşdur.

Vörkşopda hər iki qurum öz fəaliyyət istiqamətləri və kibertəhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirdikləri tədbirlər barədə ətraflı təqdimatlar etmişdir.

Tərəflər bilik və təcrübələrin davamlı şəkildə mübadiləsinin kibertəhlükəsizliyin gücləndirilməsində əsas rol oynadığını qeyd edərək, bu sahədə əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulamışdırlar.