QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirlərində iştirak edib.

05 Sep 2025

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun böyük məsləhətçisi Emin Cəbrayılov Türkiyə Respublikasının İstanbul şəhərində işgüzar görüşlərdə iştirak edib.

Üç gün davam edən səfər çərçivəsində “Forcepoint”, “Palo Alto” və “CyberArk” şirkətlərinin qabaqcıl məhsul və həlləri təqdim edilib, həmçinin onların texniki imkanlarının öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

 Bununla yanaşı, Emin Cəbrayılov sözügedən şirkətlərin nümayəndələri ilə yeni texnologiyalar, yol xəritələri və tərəfdaşlıq perspektivlərinə dair müzakirələrdə də iştirak edib.