QAYNAR XƏTT 1654

Polşanın Milli CERT-i ilə ilk onlayn vörkşop təşkil olunub

03 Sep 2025

Polşa Respublikasının Milli CERT-i ilə ilk onlayn vörkşop təşkil olunub

2 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti (Xidmət) ilə Polşa Respublikasının Milli CERT-i (CERT.PL) arasında “Kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsi” mövzusunda ilk birgə vörkşop sessiyası baş tutmuşdur.

Tədbirin əsas məqsədi qurumların kibertəhlükəsizlik istiqamətində həyata keçirdikləri fəaliyyətlərin, kiberhücumlara qarşı tətbiq olunan tədbirlərin müzakirəsi və qabaqcıl təcrübələrin paylaşılması olmuşdur.

Vörkşop çərçivəsində hər iki qurum öz fəaliyyət sahələri və kibertəhlükəsizliyin təmin edilməsi yönündə atdıqları addımlar barədə geniş təqdimatlar etmişdir.Tərəflər qeyd etmişlər ki, bilik və təcrübələrin mütəmadi mübadiləsi kibertəhlükəsizliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi vacibdir.