
Cari ilin 14 avqust tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti (Xidmət) ilə Yaponiyanın Milli CERT-i (JPCERT/CC) arasında “Kibertəhlükəsizlik sahəsində maarifləndirmə tədbirləri” mövzusunda ilk onlayn vörkşop təşkil olunmuşdur.
Vörkşopun əsas məqsədi qurumlar tərəfindən kibertəhlükəsizlik sahəsində həyata keçirilən işlər, kiber hücumlara qarşı görülən tədbirlər haqqında ətraflı müzakirələrin aparılması və qabaqcıl təcrübələrin bölüşülməsi olmuşdur.
Vörkşop çərçivəsində hər iki qurum kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərdiyi istiqamətlər və həyata keçirdikləri təhlükəsizlik tədbirləri barədə ətraflı təqdimatlarla çıxış etmişdirlər.Tərəflər bu sahədə bilik və təcrübələrin davamlı şəkildə qarşılıqlı paylaşılmasının təhlükəsizlik üçün əsas amil olduğunu vurğulayaraq bu sahədə əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini qeyd etmişdirlər.
