QAYNAR XƏTT 1654

ETX və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib

15 Apr 2025

17 mart tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 2 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Ümumilikdə 255 şagirdin iştirak etdiyi təlimlərdə ETX-nin əməkdaşı “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi” və “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.

Tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub. Məlumat üçün qeyd edək ki, ETX və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən silsilə şəkildə təşkil olunan maarifləndirmə tədbirləri artıq yekunlaşıb.

Tədbir videosunu izləmək üçün linkə daxil ola bilərsiniz.