Rəqəmsal İnkişaf və Nəqliyyat Naziriliyi yanında Elektron Təhlükəsizlik Xidməti və Elm və Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsinin təşkilatçılığı ilə təşkil olunan maarifləndirmə tədbirlərində yüksək statistik göstəricilər əldə olunub.
Ümumi olaraq 2024-2025 illər ərzində ETX-nin maarifləndirmə və tədqiqat şöbəsi və “Məktəblinin Dostu” layihəsi əməkdaşlarının təşəbbüsü ilə 78 orta məktəbdə 40000-dən artıq şagirdə kibertəhlükəsizliklə bağlı maarifləndirici məlumatlar verilib. Qeyd edək ki, maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”nın 8.8.2.2-ci yarımbəndinə əsasən, uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsidir.
Videoya keçid üçün daxil ola bilərsiniz