Təlim çərçivəsində iştirakçılar hücum və müdafiə strategiyalarını bir araya gətirən unikal bacarıqlar qazanmış, beynəlxalq mütəxəssislərin rəhbərliyi ilə real hücum simulyasiyalarında iştirak etmiş və qabaqcıl kibertəhlükəsizlik yanaşmalarına yiyələnmişdir.
Təlimdə Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşları – Müzəffərov Rüstəm, Sahil Fərzəliyev, Sənan Vəlizadə və Ayxan Hüseynli sertifikat əldə edərək məzun olmuşdur.
Qeyd edək ki, təlim proqramının keçirilməsində əsas məqsəd ölkəmizdə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadrların hazırlanmasına mühüm töhfə vermək, iştirakçıların praktiki bilik və bacarıqlarını daha da gücləndirmək olmuşdur.