QAYNAR XƏTT 1654

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib

17 Nov 2025

Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin müavini Dosjan Musaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Qonaqlar əvvəlcə Azərbaycan #Kibertəhlükəsizlik Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin fəaliyyəti, tədris proqramları barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Elektron Təhlükəsizlik Xidmətində də olub. Görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qonaqlar daha sonra #Rəqəmsal #İnkişaf#Nəqliyyat Nazirliyində olublar. Nazir müavini Samir Məmmədovla görüşdə Azərbaycanda kibermərkəzlərin təşkili və fəaliyyət prinsipi barədə məlumat verilib. Qazaxıstan tərəfi Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.