
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib. Səfər çərçivəsində Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu və Fərdi Məlumatların Mühafizəsi Qurumunun baş ofisi ziyarət olunub.


Görüşlərdə əməkdaşlığın cari vəziyyəti, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin kibertəhlükəsizlik, rəqəmsal sabitlik, məlumatların mühafizəsi istiqamətlərində hər iki ölkənin tətbiq etdiyi yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.




Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Milli Monitor Mərkəzi, Data Mərkəzi, Universal Şəbəkə İzləmə Mərkəzi, Təhlükəsiz İnternet Mərkəzi və İnformasiya Texnologiyaları və Rabitə Qurumunun Akademiya Mərkəzində də olublar. ETX əməkdaşları bu qurumların fəaliyyəti, tətbiq olunan texnolojihəllər və idarəetmə mexanizmləri ilə tanış olub, həmçinin rəqəmsal infrastrukturun idarəolunmasına dair real iş proseslərini izləyiblər.
