QAYNAR XƏTT 1654

ETX əməkdaşları Qətərdə "UNODC" tərəfindən keçirilən təlimdə iştirak edib

05 Mar 2025

 

23-27 fevral tarixlərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) tərəfindən kibercinayətlərin araşdırılması mövzusunda genişmiqyaslı təlim təşkil olunub. Tədbirdə kibercinayətkarlıq sahəsində yaranmış cari vəziyyət, kibercinayətlərin hüquqi aspektləri, onların araşdırılması və kiber kəşfiyyat kimi mühüm mövzular müzakirə edilib.

Təlimin nəzəri hissəsindən əlavə olaraq, UNODC və Azərbaycan nümayəndələrinin birgə təşəbbüsü ilə Qətərin Milli Kiber Təhlükəsizlik Agentliyinə (NCSA) səfər təşkil edilmişdir. Səfər çərçivəsində ETX əməkdaşları Agentliyin təqdim etdiyi müxtəlif xidmətlər barədə ətraflı məlumatlandırılmış, həmçinin Təhlükəsizlik Əməliyyatları Mərkəzinin texniki imkanları ilə tanış olmuşlar.

Bundan əlavə, təlim iştirakçılarına UNODC-nin Dohadakı təlim mərkəzində ilk və yeganə rəqəmsal kriminalistika laboratoriyasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verilmişdir. Sözügedən laboratoriyanın müxtəlif ölkələrdən kibertəhlükəsizlik üzrə ekspertlərin cəlb olunması, bilik və bacarıqlarının artırılması üçün praktiki təlimlərin keçirilməsi məqsədilə fəaliyyət göstərəcəyi vurğulanmışdır.

ETX əməkdaşlarının bu cür beynəlxalq təlimlərdə iştirakı kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verməkdir. Həmçinin qeyd etmək istərdik ki, UNODC tərəfindən keçirilən təlim proqramının ilk iştirakçısı ölkəmiz olmuşdur.

 

Digər xəbərlər

BÜTÜN XƏBƏRLƏR