
Elektron Təhlükəsizlik Xidmətində (ETX) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Rəqəmsal suverenliyin hüquqi aspektləri” mövzusunda vebinar təşkil edilib.
Hüquq və tənzimləmə sektorunun təşkilatçılığı ilə baş tutan təlimin əsas məqsədi əməkdaşların rəqəmsal sahədə məlumatlılığının artırılması və informasiya təhlükəsizliyinin gücləndirilməsindən ibarət olub.

Vebinarda iştirakçılara rəqəmsal suverenlik, məlumatların qorunması və informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər barədə məlumat verilib. Həmçinin rəqəmsal suverenliyin əsas komponentləri üzrə hüquqi çərçivə izah edilib.
Tədbirdə məlumatların lokallaşdırılması və “suveren bulud” konsepsiyası kimi rəqəmsal suverenliyin təminatı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər barədə də danışılıb.

Təlim interaktiv formada keçib, iştirakçıların sualları cavablandırılıb, rəy və fikirləri dinlənilib.
