Son zamanlar WhatsApp ani mesajlaşma platforması vasitəsilə həyata keçirilən dələduzluq hallarında artım müşahidə olunur. Buna görə təhlükəsizliyi təmin etmək üçün bəzi addımların atılması vacibdir. Gəlin həmin addımlarla tanış olaq:
• Təhlükəsizlik bildirişlərinin aktivləşdirilməsi: Bu funksiya, mesajlaşdığınız şəxsin cihazında təhlükəsizlik kodu dəyişdikdə (məsələn, qarşı tərəf yeni cihazdan istifadə etdikdə və ya WhatsApp-ı yenidən quraşdırdıqda) sizə bildiriş göndərir. Bu, mesajların şifrələnməsinin qorunduğunu yoxlamağa kömək edir.
• Əlaqələndirilmiş cihazlardan çıxış edilməsi: Hesabınızın aktiv olduğu cihazları görməyə və tanımadığınız cihazlardan çıxış etməyə imkan verir.
• İkimərhələli təsdiqləmənin aktivləşdirilməsi: Hesabınızı əlavə qoruma qatı ilə təmin edir və icazəsiz girişlərin qarşısını alır.
• E-poçt əlavə edilməsi: İkimərhələli təsdiqləmə zamanı PIN-i unutsanız, hesabınızı bərpa etmək və ya təhlükəsizliklə bağlı bildirişlər almaq üçün istifadə olunur.
Qeyd olunan addımlarla yanaşı, şübhəli nömrələrdən gələn mesajları bloklayın və tanımadığınız keçidlərə daxil olmayın!
Funksiyaların aktivləşdirilməsi ilə bağlı müvafiq tənzimləmələri həyata keçirmək üçün paylaşıma keçid edə bilərsiniz.