QAYNAR XƏTT 1654

Bakı Konqres Mərkəzində “Youth Cybersecurity Forum-2025” keçirilib

25 Apr 2025

Bakı Konqres Mərkəzində “Youth Cybersecurity Forum-2025” keçirilib

Aprelin 23-də Gənclər Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Youth Cybersecurity Forum-2025” adlı tədbir keçirilib.

Forumun açılışında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev çıxış edib. O, gənclərə göstərilən diqqətdən danışıb, forumun gələcək perspektivlərini vurğulayaraq tələbələrə uğurlar arzulayıb.

Tədbir çərçivəsində Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşları “Süni intellekt və insan faktoru: kibertəhlükəsizlikdə yeni dəyişikliklər və qarşılaşdığımız risklər” və “Kibertəhlükəsizlik: proqramlaşdırma və məlumatların qorunmasında yeni yanaşmalar” mövzularında panel müzakirələrində iştirak ediblər.

Forumun əsas məqsədi gəncləri kibertəhlükələrlə bağlı maarifləndirmək, onların rəqəmsal mühitdə təhlükəsizliyini artırmaq və ölkədə kibermədəniyyətin inkişafına töhfə vermək olub. Tədbir, həmçinin kibermüdafiə sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də milli kibertəhlükəsizlik ekosisteminin möhkəmləndirilməsinə xidmət edib.