QAYNAR XƏTT 1654

OIC-CERT-in 2024-cü il üzrə illik hesabatında ETX-nin fəaliyyəti əks olunub

05 Aug 2025

İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri Şəbəkəsi (OIC-CERT) üzv dövlətlərin kibertəhlükəsizlik sahəsində fəaliyyət istiqamətləri və görülmüş işlər barədə “OIC-CERT 2024 ANNUAL REPORT” illik hesabatını təqdim edib.

Hesabatda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) fəaliyyəti də yer alıb. Burada xidmətin 2024-cü il ərzində sahə üzrə həyata keçirdiyi tədbirlər və beynəlxalq əməkdaşlıq çərçivəsində atdığı addımlar barədə məlumatlar təqdim olunub.

Qeyd edək ki, OIC-CERT qlobal kiberməkanın təhlükəsizliyinin təmin edilməsi və İslam ölkələrinin müvafiq mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.

Hesabatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

oic-cert.org/en/download/OIC-CERT_AR2024_v2.pdf