QAYNAR XƏTT 1654

“AzerGold” QSC-də maarifləndirmə tədbiri keçirilib

10 Mar 2026

“AzerGold” QSC-nin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin dəstəyi ilə müəssisənin əməkdaşları üçün kibertəhlükəsizlik mövzusunda növbəti təlim keçirilib.

Təlim “Onlayn mühitdə təhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularını əhatə edib. Tədbirin əsas məqsədi rəqəmsal risklər barədə məlumatlılığı artırmaq, kibertəhdidlərin vaxtında müəyyən olunmasına və qarşısının alınmasına dəstək göstərmək olub.

Tədbir zamanı Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisləri müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumat veriblər. Qeyd olunub ki, informasiya təhlükəsizliyi yalnız texniki vasitələrlə deyil, həm də hər bir əməkdaşın məsuliyyətli davranışı ilə təmin olunur. Bu baxımdan rəqəmsal gigiyena qaydalarına əməl etmək xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv formada keçən sessiyada iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb və risklərdən qorunma yolları izah edilib. Təlimin əvvəlində və sonunda keçirilən testlər vasitəsilə iştirakçıların bilik səviyyəsi qiymətləndirilib.