QAYNAR XƏTT 1654

Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Tələbə Gənclər Təşkilatlarının mükafatlandırma mərasimi 2026” keçirilib

02 Feb 2026

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Tələbə Gənclər Təşkilatlarının mükafatlandırma mərasimi 2026” keçirilib.

Tədbirdə digər dövlət rəsmiləri ilə yanaşı, Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və tədqiqat sektorunun müdiri Esmira Qasımova da iştirak edib.  Esmira Qasımova gənclərin dövlətimizin inkişafında və rəqəmsal cəmiyyətin formalaşmasında mühüm rolunu vurğulayıb, sürətli rəqəmsallaşma fonunda kibergigiyena mədəniyyətinin formalaşdırılmasının milli təhlükəsizliyin vacib tərkib hissəsi olduğunu qeyd edib.

Bildirilib ki, Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən gənclərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə ali təhsil müəssisələri ilə əməkdaşlıqlar həyata keçirilir və ETX gənclərin təşəbbüslərini dəstəkləməyə daim açıqdır. 

Tədbirin sonunda 2025-ci il ərzində Tələbə Gənclər Təşkilatlarının fəaliyyətində fəallığı ilə seçilən TGT sədrləri və nümayəndələri müxtəlif nominasiyalar üzrə “İlin tələbəsi”, “İlin TGT fəalı”, “İlin TGT nümayəndəsi”, “İlin Tələbə Gənclər Təşkilatı sədri” və “İlin Tələbə Gənclər Təşkilatı” fəxri fərman və plaketlərlə mükafatlandırılıblar.