QAYNAR XƏTT 1654

"İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

10 Jun 2026

"İnsan Hüquqları Aylığı" çərçivəsində məktəblilərin rəqəmsal savadlılığının artırılması məqsədilə Gəncə şəhər 34 nömrəli tam orta məktəbin şagirdləri üçün onlayn maarifləndirici tədbir təşkil olunub.

Tədbir zamanı şagirdlərə rəqəmsal mühitdə insan hüquqlarının qorunması, fərdi məlumatların məxfiliyinin təmin edilməsi, təhlükəsiz internet istifadəsi və kibergigiyena qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin onlayn məkanda mövcud risklər, kibertəhlükələrdən qorunma üsulları və məsuliyyətli rəqəmsal davranış prinsipləri müzakirə olunub.

Tədbirin əsas məqsədi şagirdlərin rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, internetdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də rəqəmsal hüquq və öhdəliklər barədə məlumatlılığının artırılması olub.