QAYNAR XƏTT 1654

“Landau School”un şagirdləri üçün maarifləndirici tədbirlər keçirilib

03 Apr 2026

2 və 3 aprel tarixlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Landau School”un birgə təşkilatçılığı ilə Sea Breeze korpusunun şagirdləri üçün maarifləndirici tədbirlər keçirilib.


Ümumilikdə 120 nəfərin iştirak etdiyi tədbirlərdə ETX əməkdaşları tərəfindən “Kiberbullinqə qarşı mübarizə”, “Fərdi məlumatların mühafizəsi” və “Onlayn mühitdə kibertəhlükəsizlik” mövzularında çıxışlar edilib.

Tədbirlərin keçirilməsində məqsəd fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması, eləcə də sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları kimi mövzularda şagirdlərin maarifləndirilməsini həyata keçirməkdir.