
6 aprel tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Landau School”un birgə təşkilatçılığı ilə Zabitlər kampusunun şagirdləri və əməkdaşları üçün maarifləndirici tədbirlər keçirilib.
Ümumilikdə 50 nəfərin iştirak etdiyi tədbirlərdə ETX əməkdaşları tərəfindən “Kiberbullinqə qarşı mübarizə”, “Fərdi məlumatların mühafizəsi” və “Onlayn mühitdə kibertəhlükəsizlik” mövzularında çıxışlar edilib.

Tədbirlərin keçirilməsində məqsəd fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması, eləcə də sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları kimi mövzularda vətəndaşların maarifləndirilməsini həyata keçirməkdir.
