QAYNAR XƏTT 1654

MİHİ üzvləri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

03 Apr 2026

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) əməkdaşlığı çərçivəsində MİHİ üzvləri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib.

“Onlayn mühitdə təhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularını əhatə edən təlimdə əsas məqsəd rəqəmsal risklər barədə məlumatlılığı artırmaq və kibertəhdidlərin qarşısının alınmasına dəstək göstərmək olub.

Təlim zamanı ETX mütəxəssisləri tərəfindən müasir kiberhücum üsulları, fişinq və sosial mühəndislik halları, eləcə də təhlükəsiz internet istifadəsi qaydaları barədə təqdimatlar edilib. Sessiyalar interaktiv formada təşkil olunub, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr əsasında müzakirələr aparılıb.