QAYNAR XƏTT 1654

Region məktəblərində onlayn maarifləndirmə tədbirləri keçirilib

10 Jun 2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi və Elm və Təhsil Nazirliyi yanında Uşaqların Müdafiəsi İdarəsinin birgə təşkilatçılığı ilə iyun ayı ərzində regionlarda yerləşən məktəblər üçün onlayn maarifləndirmə təlimləri keçirilib.

Tədbirlər çərçivəsində Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən “Kiberbullinqə qarşı mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların qorunması”, “Şifr təhlükəsizliyi” və “Sosial şəbəkələrdən təhlükəsiz istifadə” mövzularında təqdimatlar keçirilib. Şagirdlərə rəqəmsal mühitdə rast gəlinən təhlükələr, onların qarşısının alınması üsulları və təhlükəsiz internet istifadəsi ilə bağlı praktiki tövsiyələr verilib.

Təlimlərin əsas məqsədi məktəblilərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsiz davranış prinsipləri barədə məlumatlandırılması olub.