QAYNAR XƏTT 1654

ETX ilə Qırğızıstanın Kibertəhlükəsizliyin Təmin Edilməsi üzrə Koordinasiya Mərkəzinin nümayəndə heyətləri arasında görüş keçirilib

17 Apr 2026

ETX ilə Qırğızıstanın Kibertəhlükəsizliyin Təmin Edilməsi üzrə Koordinasiya Mərkəzinin nümayəndə heyətləri arasında görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə Qırğız Respublikasının Kibertəhlükəsizliyin Təmin Edilməsi üzrə Koordinasiya Mərkəzinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiyanın qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi olub.

Tərəflər fəaliyyət istiqamətləri, kibertəhlükəsizlik sahəsində istifadə olunan alətlər, tətbiq edilən metodlar və uğurlu təcrübələr barədə məlumat veriblər. Həmçinin əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında geniş müzakirə aparılıb.