QAYNAR XƏTT 1654

"Milli Aviasiya Akademiya"sının tələbələri üçün kibertəhlükəsizlik üzrə maarifləndirici təlim keçirilib

04 May 2026

Milli Aviasiya Akademiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) iştirakı ilə tələbələr üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirdə ETX əməkdaşları rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları və bu sahədə karyera imkanları barədə məlumat veriblər. Təlim çərçivəsində “Kibertəhdidlərə qarşı mübarizə”, “Fərdi məlumatların mühafizəsi”, “Onlayn mühitdə təhlükəsizlik” və “Kibertəhlükəsizlik üzrə karyera yolu” istiqamətlərinə toxunulub.

Çıxışlar zamanı fərdi məlumatların qorunmasının əhəmiyyəti vurğulanıb, təhlükəsiz internet istifadəsi ilə bağlı praktiki tövsiyələr təqdim edilib. Sonda iştirakçıların sualları cavablandırılıb.