QAYNAR XƏTT 1654

Gələcəyin təhlükəsizliyi üçün böyük addımlar atmağa davam edirik!

26 May 2026

May ayı ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyi yanında Uşaqların Müdafiəsi İdarəsinin birgə təşkilatçılığı ilə məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

25, 60, 145, 201, 212, 246 və 314 nömrəli məktəblərdə təşkil olunan təlimlərin məqsədi məktəblilərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması, onlara kibergigiyena və onlayn mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumat verilməsi olub.

Ümumilikdə 775 şagirdin iştirak etdiyi təlimlərdə ETX əməkdaşları “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan təhlükəsiz istifadə” mövzularında çıxış edərək kibertəhlükələrdən qorunma yolları barədə faydalı məlumatlar təqdim ediblər.

Eyni zamanda, əməkdaşlıq çərçivəsində Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları tərəfindən də məktəblərdə intensiv maarifləndirmə tədbirləri keçirilib və ay ərzində ümumilikdə 3547 şagird maarifləndirilib.