
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) ilə ABŞ nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr potensialının gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər digər mümkün əməkdaşlıq imkanları, o cümlədən birgə layihələr, müvafiq istiqamətlər üzrə ekspertlərin cəlb edilməsi, institusional potensialın artırılması, eləcə də gələcək tərəfdaşlığın növbəti mərhələləri barədə geniş fikir mübadiləsi aparıblar.
