Hackerlərin yeni hədəfi Adobe şirkəti olub. Şirkət, onların serverlərinə xakerlərin müdaxiləsi nəticəsində 2.9 milyon istifadəçinin məlumatlarının "silindiyi" barədə məlumat verib. Beləliklə, xakerlərin kritik müştəri məlumatlarını ələ keçirdiyi məlum olub. Silinən bütün informasiyaların nüsxələri mğvcud olsa da hackerlərin ələ keçirdiyi informasiyalar arasında istifadəçilərin adı, soyadı, ünvanları, şifrələnmiş kredit kartı nömrələri və digər hesab məlumatları mövcuddur.
Ələ keçirilən kredit kartı məlumatlarının şifrələnmiş halda olması, hackerlərin bu kartlarda qısa zamanda istifadə edə bilməyəcəyi nəticəin gəlməyə əsas verir. Lakin, şifrləmə üsulunun mütləq ələ keçiriləcəyini nəzərə alaraq, Adobe şirkəti bütün müştərilərinə kredit kartlarının təhlükəsizliyi üçün tədbir görmələri barədə tövsiyyələr verib.
Bundan əlavə, e-poçt ünvanları da ələ keçirildiyi üçün "Adobe-dan gəlmiş" kimi görünən və hesab və kredit kartı məlumatları istəyən məktublara etibar etməmək və Adobe-un rəsmi veb saytından başqa heç bir ünvana hesab məlumatlarını daxil etməmək tələb olunur.
Şirkətin serverlrinə olunan ikinci hücumda isə proqramların mənbə kodlarının oğurlandığı bildirilir, lakin, bu hücumda istifadəçiləri narahat edəcək heç bir hal baş verməyib.