QAYNAR XƏTT 1654

Azərbaycan beynəlxalq simpoziumda təmsil olunub

24 Oct 2014

Cari ilin oktyabr ayında Gürcüstanın paytaxtı Tiflisdə DEA (DataExchangeAgency) və FİRST təşkilatının birgə əməkdaşlığı ilə beynəlxalq simpozium keçirilib. Bu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları təmsil edib.

Proqram müddətində digər ölkələrin CERT komandalarından olan nümayəndələri ,həmçinin, FİRST beynəlxalq təşkilatının əməkdaşları ilə təcrübə və fikir mübadilələri aparılıb.

Elektron təhlükəsizlik mövzusunda iki günlük təlim proqramını da əhatə edən simpoziumda əsasən aşağıdakı mövzularda müzakirələr aparılıb:



• DDOS hücumların qarşısının alınması üçün lazımi hazırlıq tədbirlərinin və texniki vasitələrin təşkili və dəstəklənməsi


• CERT komandalarının işinin səmərəliliyinin artırılması üçün yeni mütəxəssislərin seçmə və hazırlanma prosesi üzrə beynəlxalq təcrübədən istifadə edilməsi 


• İnformasiya təhlükəsizliyi sahəsi üzrə beynəlxalq məlumat axınlarının qəbulu və emal edilməsi


• İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq və yerli qanunvericilik bazaları



Tədbirdə iştirak edən Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları xüsusi aktivlikləri və müzakirələrdə fəal iştirakları ilə seçiliblər.