Evlərdə və kiçik ofislərdə modemlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə tövsiyə edir:
1. Modem sazlamalarına daxil olduğunuz zaman daxil etdiyiniz şifrəni brauzerin yaddaşında saxlamayın;
2. İstifadə etdiyiniz veb baxış proqramlarının (veb brauzerlərin) keşini tez-tez təmizləyin;
3. Modem sazlamalarına daxil olduğunuz şifrəni dəyişin;
4. Modem sazlamalarından DNS parametrlərinin dəyişdirilib dəyişdirilməməyini dərhal yoxlayın
5. Modemin veb interfeysinə girişi məhdudlaşdırın;
6. Ehtiyac olmadığı təqdirdə uzaqdan idarəetmə vasitələrini deaktiv edin;
7. Ehtiyac olduqda modemə kənardan daxil olan IP ünvanları məhdudlaşdırın.
Modemlərin təhlükəsizlik qaydalarına riayət etmədikdə böyük problemlərlə qarşılaşa bilərsiniz. Belə ki, marşrutizatorlarda təhlükəsizlik çatışmazlıqlarının mövcudluğu səbəbindən 2014-cü il mart ayının əvvəlində yüz minlərlə modem hücumlara məruz qalmışdır. BU təhlükə barədə xəbəri buradan izləyə bilərsiniz:
http://cert.az/news/2014/yuz-minlerle-modemlerin-parametrleri-deyisdirildi.html